Ötən ay nəqliyyat vasitələrinin ən çox olduğu yollar – Siyahı

oten-ay-neqliyyat-vasitelerinin-en-cox-oldugu-yollar-siyahi-
Oxunma sayı: 644

Nəqliyatı İntellektual İdarəetmə Mərkəzi 2013-cü ilin fevral ayı ərzində Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı üzrə statistik göstəricilərini təqdim edib. Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, bu göstəricilər əsasında ay ərzində nəqliyyat vasitələrinin sayının ən çox müşahidə olunduğu küçə və prospektlər müəyyən olunub. Belə ki, H.Əliyev prospektinin əsas yolun şərq istiqamətində 1160469, qərb istiqamətində isə 1108541, kənar yolunun şərq istiqamətində 920486, qərb istiqamətində 1199730 nəqliyyat vasitəsi qeydə alınıb. Azadlıq prospektinin cənub istiqamətində 1147453, Bakı-Sumqayıt şossesinin cənub istiqamətində isə 1679830 nəqliyyat vasitəsi qeydə alınıb.
Bundan başqa A.A.Bakıxanov küçəsinin şərq istiqamətində 1321657, qərb istiqamətində 1167459, Babək prospektinin şərq istiqamətində 1052114, qərb istiqamətində 1324521, Nobel prospektinin şərq istiqamətində 995992, qərb istiqamətində isə 1073890 nəqliyyat vasitəsi qeydə alınıb.

Nigar Məmmədli