Övladları imtahanda, özləri həyəcanda olan valideynlər... - Fotolar+ Video

ovladlari-imtahanda-ozleri-heyecanda-olan-valideynler
Oxunma sayı: 5828

Xəbər verdiyimiz kimi, bu gün bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. 

"Qafqazinfo"nun məlumatına görə, artıq imtahanlar başlayıb və abituriyentlər imtahan verəcəkləri binaya daxil olublar. 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılır.
İmtahanda 33 139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28 055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verir.

Valideynlərin və şagirdlərin imtahan həyəcanı fotokameramıza belə tuş gəlib: 

Fotolar+ Video: Nuran, Pərvin