Oyun davam edərkən polisdən gözlənilməz hərəkət - Fotolar

oyun-davam-ederken-polisden-gozlenilmez-hereket
Oxunma sayı: 891

Yaşıl meydanlarda fanatların qaçaraq meydana daxil olmaqlarını tez-tez görürük.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə meydana azarkeş yox, polis girib.

Maraqlı hadisə Türkiyə kubokunun 1-ci turunda “Sinopspor” və “Yeni Amasyaspor” arasında baş tutan matçda qeydə alınıb.

Oyunun 79-cu dəqiqəsində telefonla danışan bir polis əməkdaşı meydana daxil olub. Bir neçə saniyə etdiyi hərəkəti fərqində olmayan həmin polis, topu meydana daxil etməyə hazırlaşan futbolçunu görüncə özünə gəlib və meydandan çıxıb.

Oyundan sonra polisin qızı Serenay Çelik atasının etdiyi hərəkət barədə sosial mediada “Mütləq anam zəng edib” yazaraq atası ilə zarafatlaşıb.

Qeyd edək ki, görüş “Sinopspor”un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.