Özbəklər bu məşhurlarımızı sevir - Əkizlər ikincidir

ozbekler-bu-meshurlarimizi-sevir
Oxunma sayı: 2109

“Yandeks.Musiqi” servisinin analitikləri Özbəkistan istifadəçiləri arasında ən populyar mahnıları açıqlayıb. “Qafqazinfo”  xəbər verir ki, hesablamalara görə, siyahıda birinci yeri özbək müğənni Cahangir Otajonovun “Qaddi baland” mahnısı tutub.

İkinci bəyənilən mahnı isə əslən Azərbaycandan olan Rusiyanın tanınmış müğənniləri, əkizlər Rauf və Faiq Mirzəyevlərin “Детство” bəstəsidir. 

Üçüncü yeri isə Filipp Kirkorovİqor Kridin “Цвет настроения черный” layihəsi tutub.

10-luğa daxil olan və təkrarən dinlənilən musiqiçilər arasında azərbaycanlı repçilər HammAli (Aleksandr Əliyev) və  Navai (Nəvai Bəkirov) daxildir və onların  mahnıları özbəklər tərəfindən sevilir.