“Özümü 21 yaşımdakı kimi hiss edirəm” - Foto

ozumu-21-yasimdaki-kimi-hiss-edirem
Oxunma sayı: 2957

Aktrisa Qvinet Peltrou sevgilisi Bred Felçakla toya hazırlaşır.

“Qafqazinfo” “spletnik.ru”ya istinadən xəbər verir ki, aktrisa toya necə hazırlaşdığını söyləyib:

“Mənim əvvəl heç vaxt toyum olmayıb (O, keçmiş həyat yoldaşı Kris Martinə gizlicə ərə gedib. Mərasimdə yalnız ailə üzvləri iştirak edib). Baxmayaraq ki, artıq 45 yaşım var, özümü 21 yaşımdakı kimi hiss edirəm!

Rəfiqələrimlə bu barədə danışmaq çox gözəldir. Onlar mənə müxtəlif toy paltarlarının şəkilləri yollayırlar, deyəsən, onlar da mənim qədər xoşbəxtdirlər”.

Qeyd edək ki, Qvinet və Felçek ötən ay nişanlanıblar. Cütlük bir neçə ildir davam edən münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.