Özünə seyyid deyib dilənən adam pul vermək olarmı?

ozune-seyyid-deyib-dilenen-adam-pul-vermek-olarmi
Oxunma sayı: 2042


“Qafqazinfo”nun islam.az-a istinadən məlumatına görə, qapı-qapı gəzən hər adamın həqiqətən fəqir olması qəti məlum deyil. Bu yolla saxtakarlıq edib, camaatdan pul qoparan fırıldaqçılar da az deyil. İkincisi, seyyidin hətta ehtiyacı olsa da, küçədə duraraq və ya qapı-qapı gəzərək pul istəməsi düzgün deyil. Çünki ona verilən pul sədəqə hökmündədir. Seyyidin isə seyyid olmayandan sədəqə alması haramdır. Seyyid yalnız başqa bir seyyiddən sədəqə ala bilər. Seyyidin tanımadığı şəxslərdən sədəqə alması dini baxımdan günahdır.