Pakistan-İran sərhədinə tikanlı məftillər çəkiləcək

pakistan-iran-serhedine-tikanli-meftiller-cekilecek
Oxunma sayı: 1141

Pakistan sərhədlərinin təhlükəsizliyini artırmaq məqsədilə İranla 950 km-lik sərhədə tikanlı məftil çəkəcək.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, bu istiqamətdə işlərə növbəti həftə start veriləcək.

Məlumata görə, bu addım əsasən terrorçuların hərəkətinə mane olmaq üçün atılır.

Qeyd edək ki, eyni məqsədlə hazırda Əfqanıstanla sərhədə də tikanlı məftillər çəkilir və orada 370 km-lik məsafədə işlər bitib.