“Paşinyan mənə baş qoşduğuna peşman olacaq” - Koçaryan

pasinyan-mene-bas-qosduguna-pesman-olacaq
Oxunma sayı: 3185

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib.

“Qafqazinfo” xəbər verir ki, “Mediamaks” agentliyinə danışan eks-lider bildirib ki, Paşinyan ona baş qoşduğuna görə peşman olacaq. Jurnalistin “Nikol Paşinyanı düşmən hesab edirsinizmi” sualını cavablandıran siyasətçi: “Mən siyasi proseslərdə belə terminlərə öyrəşməmişəm. Ancaq hesab edirəm ki, Paşinyan mənə baş qoşduğuna çox təəssüflənəcək”- deyib.

Sabiq prezident tənqid etdikləri hakimiyyətin dəyişməsindən sonra baş nazirlə fərqli mövqeyə keçmələrinə də toxunub. Koçaryan Paşinyanın onu təhdid kimi gördüyünü və buna görə əks mövqe seçdiyini deyib.

Xatırladaq ki, Ermənistanda Robert Koçaryan 2008-ci ildə ölkədəki konstitusion quruluşu devirməkdə ittiham olunur. 

Aysel Kərimova