Paytaxtda ər həyat yoldaşını bıçaqladı

paytaxtda-er-heyat-yoldasini-bicaqladi
Oxunma sayı: 651

Bakının Xətai rayonu ərazisində kişi arvadını bıçaqlayıb. Xətai RPİ 34-cü Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Neapol küçəsində baş verib. Belə ki, həmin ünvanda yaşayan 1965-ci il təvəllüdlü Elşən Məmmədov həyat yoldaşı 1981-ci il təvəllüdlü Rəna Məmmədovanı bıçaqlayıb. Hadisə ailədaxili münaqişə zəmnində baş verib.

Həyat yoldaşını bıçaqlayan Elşən Məmmədov Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb və istintaqa təhvil verilib.