Paytaxtda mənzildən kişi meyiti tapılıb

paytaxtda-menzilden-kisi-meyiti-tapilib
Oxunma sayı: 939

Bakıda mənzildən kişi meyiti tapılıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşlardan biri, 1934-cü il təvəllüdlü Fuksman Ovsey Barisoviçi ölmüş, digər vətəndaşı isə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.