Peterburqda göldə Azərbaycan vətəndaşının meyiti tapıldı

peterburqda-golde-azerbaycan-vetendasinin-meyiti-tapildi
Oxunma sayı: 2318

Peterburqun Nevskiy rayon polisi Azərbaycan vətəndaşının ölümü ilə bağlı araşdırmaya başlayıb.

"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, ötən gün 60 yaşlı adı açıqlanmayan kişinin cəsədi Yesenin parkında aşkarlanıb. Onun Okkervil gölündə boğulduğu bildirilir. Meyiti aşkarlayan piyadalar polisə xəbər veriblər.

Cəsədin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.