Piyadanı vurub öldürüb qaçdı

piyadani-vurub-oldurub-qacdi
Oxunma sayı: 1185

Bakıda sürücü piyadanı vurub hadisə yerindən qaçıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 17-i saat 23 radələrində naməlum sürücü idarə etdiyi avtomobillə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını vurub və hadisə yerindən qaçıb. Nəticədə N.Şahverdiyeva oradaca vəfat edib. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, sürücünün şəxsiyyətinin müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər aparılır.

Murad Əhməd