Plan 100 faiz dolub

plan-100-faiz-dolub
Oxunma sayı: 642

Səhiyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu il rezidenturada təhsil almaq üçün 514 plan yerinə 514 nəfər qəbul olub. Həmin şəxslərin hamısı qeydiyyatdan keçib.

Nazirlikdən bildirilib ki, oktyabrın 1-dən dərslərin keçirilməsinə başlanılıb. Ötən il rezidentura 10 tibb müəssisəsində təşkil olunubsa, bu il həmin müəssisələrin sayı 27-ə çatıb.