Fil Dişi Sahili ölkəsində polis səhvən katafalk avtomobilini atəşə tutub.
“Qafqazinfo” xəbər verir ki, bu abrədə “Frans Press” məlumat yayıb.
İnsident nəticəsində 5 nəfər həlak olub.
İlkin məlumata görə, polis qarətçiləri təqib edən zaman səhvən yas mərasimi avtomobilinə atəş açıb.
Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırmalara başlayıb.