Poroşenko müavinini işdən çıxartdı

porosenko-muavinini-isden-cixartdi
Oxunma sayı: 827

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko administrasiya rəhbərinin müavini Konstantin Yeliseyevi vəzifəsindən azad edib.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, Poroşenko fərmanı 17 mayda imzalayıb.

Yeliseyev öz istəyi ilə işdən çıxarıldığını, bu qərarı ilə yeni komanda üçün yol açdığını bildirib.

Qeyd edək ki, K. Yeliseyev 2015-ci ilin iyulunda bu posta gətirilib. Buna qədər o, 5 il Ukraynanın Avropa Birliyində səfiri olub.