Ukraynanın eks-prezidenti Petro Poroşenkoya qarşı açılan cinayət işlərinin sayı 6 oldu.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu dəfə o, hakimiyyəti qəsb etməkdə günahlandırılır. Bu barədə vəkil Andrey Portnov bildirib. Hazırda Poroşenkoya qarşı dövlət çevrilişi, çirkli pulların yuyulması, xidməti vəziyyətindən sui-istifadə etmək və məhkəmə hakimiyyətinin ələ keçirilməsi maddələri üzrə ittiham qaldırılıb.
Eks-prezidentə qarşı hazırlanmış daha 10 cinayət işi olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər