“Portfelinizi götürüb elə indicə postunuzu tərk edin...”

portfelinizi-goturub-ele-indice-postunuzu-terk-edin
Oxunma sayı: 3067

“Artıq bir çox yüksək vəzifəli şəxs 2020-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar taleyi barədə düşünməyə başlayıb”.

“Qafqazinfo”nun “Belta” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko hökumət üzvləri ilə 2020-ci il üçün makroiqtisadi proqnoza dair keçirdiyi iclasda bildirib.

“Bilirəm ki, bir çoxunuzun və bir sıra digər vəzifəli şəxslərin beynində ancaq bu fikirlər var: Seçkilər necə olacaq? Kim işləyəcək?.. Bu suala açıq cavab verirəm: Kim ki, bu gün işləyir, proqnozları, planları həyata keçirir, ölkəyə fayda gətirir, sözsüz ki, işləməyə davam edəcək.

Mənimlə əvvəllər olduğu kimi işləmək istəyənlər işləyəcək. Əgər Rumas (Baş Nazir Sergey Rumas.-red) və Koçanova (Prezident Administrasiyasının rəhbəri Natalya Koçanova.-red), Baş Nazirin müavini və nazirlər məni eşitməsələr, o zaman ən yaxşısı portfellərini götürüb elə indicə postlarını tərk etsinlər”, - deyə Lukaşenko sərt şəkildə vurğulayıb.

Qeyd edək ki, Belarusda parlament seçkiləri 17 noyabrda baş tutacaq.