Portuqaliyada dəhşətli meşə yanğını - 57 ölü var + Fotolar + Video

portuqaliyada-dehsetli-mese-yangini
Oxunma sayı: 1557

Portuqaliyanın Pedroqao Qrande bölgəsində meşədə güclü yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə 160 yanğınsöndürən maşın və 1700-dən çox işçi göndərilib.

Portuqaliya Daxili İşlər Nazirliyi yanğında 57 nəfərin öldüyünü, 59 nəfərin isə xəsarət aldığını açıqlayıb. Ölənlərdən 16-sı avtomobillərində can verib.

40 dərəcə isti və güclü külək səbəbindən yanğının qarşısını almaq hələlik mümkün olmayıb. Təhlükəli vəziyyətlə əlaqədar ətraf kəndlərdən əhali təxliyyə edilib.

Yanğının səbəbi hələlik bilinmir.