Portuqaliyada ölənlərin sayı 62-yə çatdı - Matəm elan edildi

portuqaliyada-olenlerin-sayi-62-ye-catdi
Oxunma sayı: 721

Portuqaliyanın Pedroqao Qrande bölgəsində baş verən meşə yanğınında ölənlərin sayı 62-yə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya hökuməti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Yanğını söndürmək mümkün olmayıb. Ölü sayının arta biləcəyi ehtimal edilir.