Prezident “DP World” şirkətinin rəhbəri ilə görüşüb

prezident-dp-world-sirketinin-rehberi-ile-gorusub
Oxunma sayı: 1091

Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.
 
“Qafqazinfo” xəbər verir ki, Sultan Əhməd bin Sulaim BƏƏ-nin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarını İlham Əliyevə çatdırıb.
 
Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğulayıb. O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini deyib.
 
İ. Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirib.