Prezident rəsmi görüşlər keçirib- - Fotolar

prezident-resmi-gorusler-kecirib-
Oxunma sayı: 1052


“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib.

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin keçirilməsi mühüm tarixi hadisə kimi dəyərləndirildi, layihəyə ABŞ-ın verdiyi dəstək yüksək qiymətləndirildi.
Söhbət zamanı ölkəmizlə ABŞ arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanın liderliyi ilə bu layihənin həyata keçirilməsindən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Albaniya Respublikasının Baş naziri Edi Ramanı qəbul edib.

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi. Layihənin Azərbaycan ilə Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, energetika və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Günter Ottingeri qəbul edib.
Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin önəmi vurğulandı, layihənin reallaşdırılmasına Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottingerin verdiyi dəstək yüksək qiymətləndirildi. Söhbət zamanı layihənin Azərbaycan ilə Avropa İttifaqına üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də İtaliya Respublikasının xarici işlər naziri Emma Boninonu qəbul edib.

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimi yüksək qiymətləndirildi. Layihənin həyata keçirilməsində Azərbaycanın siyasi və iqtisadi baxımdan böyük işlər gördüyüvurğulandı. Avropanın enerji xəritəsində əhəmiyyətli rol oynayacaq bu layihənin enerji resurslarının şaxələndirilməsi işinə də töhfə verəcəyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "bp" şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.