“Prezident seçkilərinə hazırlıq başlayıb” - MSK sədri

prezident-seckilerine-hazirliq-baslayib-msk-sedri
Oxunma sayı: 1798

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:

“Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Bu proses fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. May ayının axırına qədər bu prosesə yekun vurub siyahıları rəsmi sənəd kimi təsdiq edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 17-də keçiriləcək.