Prezident təqaüdçüləri konsert verəcək

prezident-teqaudculeri-konsert-verecek
Oxunma sayı: 644

“Qafqazinfo”nun Mədəniyyət və Turizm Nazirliyinin rəsi saytına istinadən xəbərinə görə, konsert Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunur.
Konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcəklər. Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib.