Prezidentin qızı ilə kürəkəninin ötənilki qazancı açıqlandı

prezidentin-qizi-ile-kurekeninin-otenilki-qazanci-aciqlandi
Oxunma sayı: 2453

ABŞ prezidenti Donald Trampın qızı İvanka ilə kürəkəni Cared Kuşnerin 2017-ci ildəki gəlirləri açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatları "Washington Post" qəzeti yayıb. Cütlüyün ötən il 82 milyon dollar qazanc əldə etdiyi məlum olub. İvankanın əsas gəlir mənbəyi atasının otellərindəki payından 3,9 milyon dollar, öz markasından 5 milyon dollardır. Cerad isə ailə şirkətinin aldığı ərazidən 5 milyon dollar qazanır.

Prezidentin xüsusi müşaviri olan İvanka ilə əri Ağ Evdən maaş almırlar.