“PSJ-də oynamaqdansa, ölümü seçərəm” - Fransa millisinin hücumçusu

psj-de-oynamaqdansa-olumu-secerem
Oxunma sayı: 640

“Marsel”in sabiq futbolçusu, hazırda Meksikanın “Tiqres” klubunda forma geyinən Andre-Pyer Jinyak PSJ haqda açıqlama verib.

“Qafqazinfo”un məlumatına görə, Fransa millisinin üzvü Paris klubunda oynamaqdansa, ölməyi üstün tutduğunu söyləyib: “PSJ-də oynamaqdansa, ölməyi seçərəm. Hazırda qazandığım pulun 10 qatını da təklif etsələr, o komandada heç vaxt oynamaram. “Barselona” Çempionlar Liqasında PSJ-yə 6-cı qolu vuranda necə sevindiyimi xəyal belə edə bilməzsiniz. Elə qışqırırdım ki, həyat yoldaşım da qorxmuşdu”.

Xatırladaq ki, Jinyak 2010/15-ci illərdə “Marsel”də oynayıb və 154 oyun 59 qol vurub. 31 yaşlı forvard Fransa yığmasında 36 oyun keçirib və 7 dəfə rəqib qapılarına yol tapıb.