Puqaçovanın Bakı xatirələri - Video

puqacovanin-baki-xatireleri
Oxunma sayı: 1249

“Jara” festivalında iştirak edən məşhur rus müğənni Alla Puqaçovanın Bakı xatirələrindən ibarət video hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, videonu müğənninin qızı Kristina Orbakayte İnstaqram hesabında paylaşıb.

Puqaçova Bakıda ilk olaraq Azərbaycanın karifey sənətkarı Müslüm Maqomayevin məzarını ziyarət edib.

Daha sonra avtomobillə Bakı gəzintisinə çıxıb, tarixi məkanları ziyarət edib. Son olaraq restoranların birində milli mətbəximizin yeməklərinin dadına baxıb.

Görüntüləri təqdim edirik: