Putin azərbaycanlı jurnalistlərə qadağa qoydu

putin-azerbaycanli-jurnalistlere-qadaga-qoydu
Oxunma sayı: 698

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putinun mətbuat konfransında Azərbaycan KİV təmsilçilərinə sual vermək imkanı yaradılmayıb.

Rusiya prezidenti mətbuat konfransını yekunlaşdırmaq istəyərkən APA-nın əməkdaşı “Azərbaycanlı jurnalistlərə sual vermək növbəsi çatmadı axı” - deyə iradını bildirib.

V. Putin isə buna “Bilirəm də, Qarabağı soruşacaqsınız”, - deyə reaksiya verib. Jurnalistin “Başqa suallarımız da var” cavabına baxmayaraq, sual vermək növbəsi başqa jurnalistlərə verilib.