Putin və Merkel arasında telefon danışığı olub

putin-ve-merkel-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 984

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözcüsü Steffen Zaybert bildirib.

Tərəflərin Ukraynanın şərqindəki vəziyyəti müzakirə etdiyi vurğulanıb.

Zabertin yazılı açıqlamasına əsasən, iki lider Donetsk və Luqansk (Donbas) bölgələrindəki münaqişənin dincliklə nizama salınması üçün Minsk müqaviləsinin həyata keçirilməsinin vacibliyini bir daha qeyd ediblər.