Putin yeni səfir təyin etdi

putin-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 2693

Rusiya prezidenti Vladimir Putin Küveytə yeni səfir təyin edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Nikolay Makarov Rusiyanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri olub. Putinin digər sərəncamı ilə Aleksey Solomatin həmin vəzifədən azad edilib. 

Qeyd edək ki, Nikolay Makarov bundan əvvəl Xarici İşlər Nazirliyində Yaxın Şərq və Şimali Afrika departamentinin rəhbər müavini olub.