Putinlə Barrosu qalmaqalı böyüyür

putinle-barrosu-qalmaqali-boyuyur
Oxunma sayı: 1399


“Qafqazinfo”nun məlumatına görə, modern.az rus KİV-nə istinadən xəbər verir ki, Barrosunun “Putin Kiyevi iki həftəyə ala biləcəyini bəyan edib” deməsindən sonra Kreml dairələri hərəkətə keçib.

Rusiyanın Avropa  Birliyindəki  daimi nümayəndəsi Vladimir Çijov bununla bağlı Barrosuya məktub ünvanlayıb. O, məktubda bildirib ki, Rusiya Prezident Administrasiyasında  Kreml rəhbəri Vladimir Putinlə Barrosu arasında olan  telefon danışığının audioyazısı var.

“Biz bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün telefon söhbətinin audioyazısını yaymağa hazırıq”.  

Qeyd edək ki, İtaliyanın “La Repubblica” qəzeti Avropa Komissiyasının sədri J.M.Barrosuya istinadən Vladimir Putinin Ukrayna üçün təhdid xarakterli çıxış etdiyini yazıb.

Məlumata görə Avropa İttifaqına üzv ölkələrin liderləri  Putindən Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi məsələsi barədə sual verərkən Kreml rəhbəri sərt cavab verib.  

Barrosu sözügedən qəzətə belə deyib: “Putin Kiyevi iki həftəyə ala biləcəyini dedi”.   Bildirək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Putinin fikirlərinin kontekstdən çıxarıldığını və Barrosunun bu davranışının diplomatik çərçivələri aşdığını demişdi.