Qadın 13-cü mərtəbədən yıxılaraq öldü

qadin-13-cu-mertebeden-yixilaraq-oldu
Oxunma sayı: 637

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhər, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən qadın yıxılaraq yaxınlıqdakı tikilinin üstünə düşmüş və aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin üzəridən götürərək aidiyyatı üzrə təhvil veriblər.