Qadın gözəl olduğu qədər də qəhrəmanlıq simvoludur

qadin-gozel-oldugu-qeder-de-qehremanliq-simvoludur
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Partiyanın Qadınlarla İş Şöbəsinin müdiri Könül Quliyeva Ümid Partiyasının qarşıda duran vəzifələri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. K. Quliyeva çıxışında Ümid Partiyasının hakimiyyətə gələcəyi təqdirdə əsas hədəflərindən biri də artıq simvola çevrilmiş, ölümü düşmənə əsir düşməkdən daha üstün tutan şəhid xanımların adlarının əbədiləşdirilməsi üçün geniş planının olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bütün Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edib. Azərbaycanın demokratikləşməsi uğrunda bütün xanımları ardıcıl mübarizəyə çağıran K. Quliyeva çıxışını bu sözlərlə bitirib: “Qəhrəmanlıq insan həyatında bəlkə də planlaşdırılmayan yeganə nüansdır. Hər qadın gözəl olduğu kimi həm də qəhrəmanlıq simvolu olmağa layiqdir”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, “Qarabağ” Blokunda Ümid Partiyası ilə birlikdə təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli və başqaları tədbir iştirakçısı olan qadınları bayram münasibətilə təbrik ediblər. Ümid Partiyasının üzvü olan aktiv xanımlar, elm və mədəniyyət ictimaiyyətinin yaxından tanıdığı ziyalı xanımlar Gülnaz Quliyeva, aşıq Solmaz Kosayeva və başqaları tədbirdə iştirak ediblər.