Qadın sürücü qəzaya düşdü, öldü

qadin-surucu-qezaya-dusdu-oldu
Oxunma sayı: 2319

Dünən qadın sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə axşam 10 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb. 
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.