Qadın sürücü Rusiya səfirliyinin qarşısında qəza törətdi, yolda tıxac var - Foto

qadin-surucu-rusiya-sefirliyinin-qarsisinda-qeza-toretdi-yolda-tixac-var
Oxunma sayı: 2009

Bakıda yol qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində baş verib.

Rusiya səfirliyinin qarşısında “Nissan” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Ərazidə tıxac yaranıb.

Məlumata görə, avtomobillərdən birinin qadın sürücüsü yol hərəkət qaydasını kobud pozduğu üçün qəza törədib. Hadisə yerinə yol polisləri cəlb edilib.

Hazırda tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görülür.