Qadını maşın vurub öldürdü

qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 647

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, hadisə yolun 422-ci kilometrliyində, Tovuz rayonu Əyyublu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən Ağdaş rayon sakini 1960-cı il təvəllüdlü Ceyran adlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.