Qafqaz Universiteti Qafqazda yeganə, MDB-də isə 5-ci olub

qafqaz-universiteti-qafqazda-yegane-mdb-de-ise-5-ci-olub-
Oxunma sayı: 644

Qafqaz Universiteti Social Science Research Network (SSRN) təşkilatının Entrepreneurship Research & Policy Network Organizations elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə dekabr ayı üzrə 2106 yeri tutaraq Qafqaz regionundan yeganə, MDB məkanından isə 5 universitetdən biri olub.
Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verdiyi məlumata görə, Mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Sosial və humanitar elmlər üzrə dünyanın ən populyar tədqiqat mərkəzlərindən olan Social Science Research Network (SSRN) təşkilatı 6 ildir ki, webometrics reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur. Bu tədqiqat bazasında otuz mindən çox universitet və tədqiqat mərkəzində fəaliyyət göstərən aralarında iqtisadiyyat üzrə Nobel mükafatcılarının əksəriyyətinin və diğər dünyanın ən məşhur iqtisadçı və humanitar sahəsindəki elm adamlarının məqalə və tədqiqatları yer almaqdadır. Sosyal Elmlər Tədqiqat Şəbəkəsi sistemində olan 210 mindən çox tədqiqatçının beş yüz minə yaxın tədqiqatı və sistemin yüzə yaxın elektron jurnallarında nəşr olunan məqalələri artıq 20 ildir ki, istifadəçilərə pulsuz təqdim edilir.
Social Science Research Network (SSRN) təşkilatı yüklənmə və sitatgətirmə kateqoriyalarına görə həm məqaləri, həm tədqiqatcıları, həm də tədqiqatçıların çalışdığı qurumların reytinqini müəyyənləşdirirlər.

Nigar Məmmədli