Qanunsuz nişanı küçəyə kim vurub?

Qanunsuz nişanı küçəyə kim vurub?
Oxunma sayı: 1661

"Ekspert Ərşad Hüseynovun qanunsuz adlandırdığı yol nişanı təcili olaraq küçədən götürülüb". Bu barədə “Qafqazinfo”ya məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib.

O bildirib ki, fakt mediada işıqlandırılan kimi dərhal araşdırmalara başlanılıb:

“Həmin ərazidə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Hazırda da aidiyyatı üzrə tədbirlər görülür. Qeyri-qanuni olduğuna görə nişan dərhal həmin ərazidən götürülüb və kim tərəfindən qoyulduğunu müəyyən etmək üçün kamera görüntüləri incələnir. Bu hadisə son bir neçə gün ərzində baş verib. Yəni, bu günlərdə kimsə bu nişanı özbaşına orada quraşdırıb”.

Polis polkovniki onu da vurğulayıb ki, bu kimi halların yaşanması yolverilməzdir və həmin şəxslər qanunvericilikdə nəzərdə tutulmuş formada məsuliyyətə cəlb olunurlar.

Xatırladaq ki, dünən ekspert  Ərşad Hüseynov sosial şəbəkədə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrində saysız-hesabsız çatışmazlıqların olduğunu və hətta qanunda olmayan  nişanların yerləşdirildiyini yazmışdı.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi