Qanunsuz silah saxlayan Bakı sakini saxlanıldı

qanunsuz-silah-saxlayan-baki-sakini-saxlanildi
Oxunma sayı: 647

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Quliyev küçəsində yaşayan Eldar Bəkirovdan 1 ədəd «Naqan» tipli silah aşkar edilib.

Mayın 26-da Müşviqabad qəsəbəsində yerləşən, qəsəbə sakini Taleh Cəfərova məxsus kafedən pəncərəni sındırma yolu ilə ərzaq məhsulları oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elgün Hüseynov və Fərid Vəliyev mayın 28-də tutulublar.

Mayın 26-da Qaradağ rayonu Umbakı qəsəbəsi ərazisində diametri 530 mm olan 200 metr dəmir su borusu kəsilərək oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Elmir Nərimanov, Qobustan qəsəbə sakini Turab Mirzəyev və Şirvan şəhər sakini Rafiq Əliyev mayın 28-də tutulublar.
Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Adıgözəl Əliyev mayın 28-də tutulub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elmir İlyasovdan 14 qramdan artıq marixuana aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində əlavə olaraq onun R.Teymurov küçəsindəki binanın zirzəmisində satış məqsədi ilə gizlətdiyi 10 kiloqramdan artıq marixuana aşkar edilib.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Böyükağa Baxşıyevdən 3 kiloqramdan artıq marixuana aşkar edilib.