“Qarabağ” yola düşür

qarabag-yola-dusur
Oxunma sayı: 665

Klubun rəsmi saytının istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası gündə bir məşqlə kifayətlənir.

Komandada sevindirici məqam isə Tural İsgəndərovun artıq kollektivlə məşqlərdə çıxış etməsidir. Məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirən "Qarabağ" bu gündən etibarən mərkəzi stadiona köçəcək.

Axşam 19:30-da komanda cavab oyununun keçiriləcəyi arenada çalışacaq. Bu gündən "kamp"a girəcək komanda sabah səhər saatlarında Bakıda sonuncu məşqinə çıxacaq. Ardınca isə "Qarabağ" Belçikaya yollanacaq.