“Qarabağ”dan “Marca” ilə bağlı açıqlama - “Səhvlərini başa düşdülər”

qarabagdan-marca-ile-bagli-aciqlama
Oxunma sayı: 636

İspaniyanın məşhur “Marca” nəşrində “Qarabağ” klubunun Qondarma Dağlıq Qarabağ Rüspublikasının komandası kimi təqdim edildiyi haqqında xəbər vermişdik. “Qafqazinfo”nun məlumatına görə, artıq klubun səyləri nəticəsində həmin mətn dəyişdirilib. 

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla bağlı saytımıza açıqlama verib. O bildirib ki, uzun danışıqlardan sonra “Marca” bizdən üzr istədi və mətni dəyişdirdi: “Yazıdan dərhal sonra onlarl əlaqə saxladıq. Həminin yazının müəllifi ilə danışdıq. Klubun ispan dili tərcüməçisi Elvar Quliyev də “Tvitter” vasitəsilə onlara yazılar göndərdi.

Komandamızın fiziki-hazırlıq üzrə məşqçisi Ruben Selles də məsələdə bizə kömək etdi. O bir neçə ay öncə “Elpais”ə müsahibəsində Qarabağ bölgəsi ilə bağlı danışmışdı. Allahverdi Bağırovdan danışdıq. Ruben bir başqa jurnalist vasitəsilə verdiyi müsahibəni də göndərdi və bildirdi ki, bu bütün Azərbaycan xalqını məyus edib. Nə qədər insan onun acısını çəkib. Hətta o jurnalisti Azərbaycana dəvət etdik və BMT-nin qətnamələrini də ona göndərdik. Elvarın onunla uzun söhbətindən sonra başa düşdü səhvini. Azərbaycan xalqından üzr istədilər və yanlışlığıa görə heç kimi üzmək istəmədiklərini bildirdilər. Mətni dəyişdirdilər. Məşqçimiz Ruben Selles çox əziyyət çəkdi”. 

Qeyd edək ki, artıq mətn dəyişdirilib.