“Qarabağ”ın futbolçusu Bolqarıstan millisinə dəvət aldı

qarabagin-futbolcusu-bolqaristan-millisine-devet-aldi
Oxunma sayı: 2627

“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, Slavçev UEFA Millətlər Liqasında Sloveniya və Norveçlə görüşlər üçün çağırılıb.
 
Bolqarıstan sentyabrın 6-ı səfərdə Sloveniya ilə qarşılaşacaq, sentyabrın 9-u isə Norveçi qəbul edəcək.
 
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2013-cü ildən Bolqarıstanın əsas millisinə dəvət alır.