“Qarabağ”ın keçmiş üzvü Çempionlar Liqasında 2 qol vurdu - Video

qarabagin-kecmis-uzvu-cempionlar-liqasinda-2-qol-vurdu
Oxunma sayı: 2681

“Qarabağ”ın sabiq hücumçusu Leroy Corc Asiya Çempionlar Liqasında dubl edib.

“Qafqazinfo” xəbər verir ki, hazırda Avstraliyanın “Melburn Viktori” klubunun üzvü olan 30 yaşlı hücumçu Asiya Çempionlar Liqasında qrup mərhələsinin ilk matçında parlaq çıxış edib.

L.Corc Koreyanın “Ulsan Hunday” komandası ilə 3-3 bitən görüşdə 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, 2013-2015-ci illərdə “Qarabağ”da forma geyinmiş surinamlı futbolçu 2017-ci ildə “Melburn Viktori”yə keçib.