“Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində qaz təchizatı dayandırılıb

qaradag-sumqayit-ve-sumqayit-yasma-qaz-kemerinde-qaz-techizati-dayandirilib
Oxunma sayı: 660

Dövlət Neft Şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Müşviqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

Nigar Məmmədli