“Qarant Sığorta” tələbələrə master-klass keçdi

qarant-sigorta-telebelere-master-klass-kecdi
Oxunma sayı: 638

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, müxtəlif universitetlərin 70-ə yaxın tələbəsi “time – management” mövzusunda keçirilmiş təlimdə iştirak ediblər. Təqdimat və sual-cavab formatında keçirilən seminarın əsas məqsədi tələbələrə iş vaxtının planlaşdırılmasında və layihələrin formalaşdırılmasında peşəkar bacarıqlarını artırmaqdı.

Tələbələrə təlim keçən “Qarant Sığorta” şirkətinin İnsan Resursları Departamentinin direktoru Ayan Bünyatzadə işgüzar fəaliyyət zamanı vaxtın bölüşdürülməsi, işlərin prioritetliyinə görə ayrılması, analizlərin edilməsi və layihələrin formalaşdırılması haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Nigar Məmmədli