QAT üzvünün məhkəməsi olub

qat-uzvunun-mehkemesi-olub
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, İlqar Abdullayev martın 30-da QAT-ın Mərkəzi qərargahı qarşısında Binəqədi polisi tərəfindən saxlanılaraq polis idarəsinə, oradan da Binəqədi məhkəməsinə aparılıb, yol hərəkəti qaydalarını pozmaqda ittiham olunaraq 10 sutkalıq cəzaya məhkum edilib. Apelyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin mövqeyini təkrar edərək, qərarı qüvvədə saxlayıb.

QAT sədri Akif Nağı bildirib ki, İlqar Abdullayev bir neçə üzvümüz ilə birlikdə erməni deputatlarının Bakıya səfəri ərəfəsində saxlanılıb və həbs cəzasına məhkum edilib: “Polis bu həbslərdən QAT rəhbərliyinə təzyiq və şantaj məqsədi üçün istifadə edir. Məhkəmələr isə polisin iradəsini yerinə yetiriblər. Bu cür metodlardan istifadə etmək Azərbaycan polisinə ləkə gətirir, məhkəmələrin nə cür gülünc və oyuncaq vəziyyətində olduğunu bir daha göstərir, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurur. Biz bu qanunsuz hərəkətlərə görə məsul şəxslərin cəzalandırılmasını tələb edirik”.