Qazaxda “Prado” aşdı - 2 yaralı

Qazaxda “Prado” aşdı
Oxunma sayı: 736

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Qazax rayonun Daş Salahlı kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər, Ağstafa rayon Böyük Kəsik kənd sakini, 1983-cü il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu və Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi