“Qəbələ” tarix yazdı - İlk titulunu qazandı+Yenilənib

qebele-tarix-yazdi
Oxunma sayı: 5036

Bu gün Azərbaycan Kubokunun final oyunu baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.

Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Bu final “Qəbələ” üçün ardıcıl 3-cü, ümumilikdə 4-cü final olacaq. Əyalət təmsilçisi indiyə qədər kuboku qazana bilməyib.

“Sumqayıt” üçün isə ilk finaldır. 

Azərbaycan Kuboku
Final
16:30. “Qəbələ” - “Sumqayıt”

***

Heyətlər müəyyənləşdi:

"Qəbələ":22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 21. Atakora Lalavele, 28. Stiven Monroz, 9. Davit Volkov, 10. Rauf Əliyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov,  8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 5. Adil Nağıyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 15. Əmir Ağayev, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 22. Əfran İsmayılov, 8. Peyman Babayi

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev

***

“Qəbələ”nin qapıçısı Dmitriy Bezotosnı oyundan öncəki məşqdə zədələnib və komandaya kömək edə bilməyəcək. Onu Anar Nəzirov əvəzləyəcək.

***

Matç başladı.

***

“Qəbələ” hesabı açdı. Stiven Monroz 4-cü dəqiqədə fərqləndi.

***

Matçda fasilə yarandı.

***

İkinci hissə başladı.

***

Matç başa çatdı. Azərbaycan kubokunu “Qəbələ” qazandı.