Qəbələdə maşın 2 piyadanı əzdi

qebelede-masin-2-piyadani-ezdi
Oxunma sayı: 1341

Qəbələnin Əmilli kəndində axşam saatlarında avtomobil iki piyadanı vurub.

"Qafqazinfo" ARB Şəki-yə istinadən xəbər verir ki, rayon sakini Rüstəm Məmmədov idarə etdiyi "VAZ-21 099" markalı avtomobillə yolu keçən həmyerliləri Azər Babayevi və Zakir Cəfərovu vurub.

Xəstəxanaya yerləşdirilən Azər Babayev orada vəfat edib, digər yaralının vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.