“Qəbələ”nin məşqçisi qəzada həlak oldu

qebelenin-mesqcisi-qezada-helak-oldu
Oxunma sayı: 7907

“Qəbələ” futbol akademiyasının məşqçisi Teymur Musayev vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, o, avtomobil qəzasında həlak olub.

Əldə etdiyimiz məlumata görə T. Musayev ötən gecə Qəbələ şəhərində dostunun maşını ilə qəzaya düşüb. 

***

FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar. 

Elsevər Məmmədov