Qəddafinin bombalanması davam edir

qeddafinin-bombalanmasi-davam-edir
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, Liviya televiziyası bəyan edib ki, paytaxt Tripoli və Əl-Cəfra şəhəri hədəf alınıb.

Qeyd edək ki, dünən Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə görüşən Qəddafi atəşkəsə hazır olduğunu bildirib. Zuma görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada Qəddafinin yol xəritəsinin tətbiqi üçün hazır olduğunu deyib. Zuma hakimiyyətdən gedəcəyi ilə bağlı heç bir suala cavab verməyib. Görüşlə bağlı bəzi detallar da dövlət televiziyasında verilib. Bununla da mayın 11-dən sonra Qəddafi ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Liviya lideri həmçinin Zuma ilə görüşündə ölkənin gələcəyi ilə bağlı qərar vermək üçün bütün liviyalılarla öz aralarında görüşmək imkanı verilməsini istəyib.

Nərgiz Ehlamqızı